1. Giriş
Bu Şərtlər və Qaydalar ("Şərtlər") BirVision ("Biz", "Şirkət") platformasının istifadəsi ilə bağlı hüquq və öhdəlikləri müəyyən edir. BirVision-a daxil olaraq və ya xidmətlərimizdən istifadə etməklə, siz bu Şərtlərlə razılaşmış olursunuz.
Əgər bu Şərtlərlə razı deyilsinizsə, BirVision xidmətlərindən istifadə etməyin.
2. Xidmətin Təsviri
BirVision platforması mağaza içi əməliyyatların təhlili və müştəri davranışlarının idarəsi üçün AI əsaslı Vision və analitika xidmətləri təqdim edir. Xidmət aşağıdakı funksiyaları əhatə edir:
Müştəri axını və davranış analitikasi
- Mağaza daxilində müştəri hərəkətinin izlənməsi
- Reyon ziyarətləri və dayanma müddəti
- Kassada növbə və sıxlığın ölçülməsi
Loyallıq və fərdiləşdirilmiş kampaniyalar
- Müştərinin alış tarixçəsi və reyon ziyarətinə əsaslanan fərdi təkliflər
- Loyallıq kartı və varsa müştərinin şəkilini tanımaq yolu ilə fərdi kampaniyaların hədəflənməsi
- Müştəri davranışına uyğun endirim və məhsul təklifləri
Oğurluq və təhlükəsizlik analitikasi
- Mağazada oğurluq və şübhəli hərəkətlərin real vaxt aşkarlanması
- Anomaliya aşkarlanması (məsələn: məhsulu gizlətmə və ya qeyri-adi hərəkətlər)
- Əlavə personal və xəbərdarlqların göndərilməsi
Real-time dashboard və AI analitikasi
- Sıxlıq, satış, davranış və təhlükəsizlik göstəricilərinin vizuallaşdırılması
- Real-time xəbərdarlqlar və əməliyyat optimizasiyası
- Məlumatların anonim və təhlükəsiz emalı
3. İstifadəçilərin Hüquq və Öhdəlikləri
3.1. Hüquqlar
- Platformaya daxil olmaq və xidmətlərdən istifadə etmək
- Analitik məlumatları izləmək və hesabatlardan faydalanmaq
- Məxfilik siyasətində göstərilən hüquqları həyata keçirmək
3.2. Öhdəliklər
- Xidmətlərdən qanunvericiliyə uyğun istifadə etmək
- Platformaya zərər verəcək və ya sistemin işləməsini poza biləcək hərəkətlər etməmək
- Başqalarının hüquqlarını pozmamaq
- Hesab məlumatlarını gizli saxlamaq
4. Hesab və Giriş Məlumatları
- BirVision xidmətindən istifadə üçün şirkət və ya filial tərəfindən hesab yaradılmalıdır
- Hesab məlumatları yalnız müvafiq istifadəçi üçün nəzərdə tutulub
- Şəxsi login və şifrələrin paylaşılması qadağandır
5. Məlumatların İstifadəsi və Məxfilik
BirVision tərəfindən toplanan bütün məlumatlar Məxfilik Siyasətimiz-ə uyğun olaraq emal edilir.
- Video görüntüləri, müştəri şəkilləri və davranış məlumatları yalnız analitika, fərdiləşdirilmiş kampaniyalar və oğurluq aşkarlanması üçün istifadə olunur
- CRM və alış məlumatları yalnız analitik məqsəd üçün inteqrasiya olunur, şəxsi məlumatlar saxlanmır
6. Məsuliyyətin Məhdudlaşdırılması
- BirVision sistemində olan məlumatlar yalnız analitik və təklif xarakterlidir, qərar qəbuletmə üçün əlavə dəstək vasitəsidir
- Şirkət hər hansı maddi və ya qeyri-maddi zərər üçün məsuliyyət daşımır
- Sistem texniki səbəblərə görə fasilələrə məruz qala bilər
7. Üçüncü Tərəflər və Xidmətlər
- Platforma bəzən üçüncü tərəf xidmətlərindən (cloud hosting, API xidmətləri) istifadə edə bilər
- Üçüncü tərəf xidmətləri ilə bağlı problemlərə görə BirVision məsuliyyət daşımır
8. Lisenziya və Mülkiyyət
- BirVision proqram təminatı və bütün intellektual mülkiyyət BirLab-a məxsusdur
- İstifadəçilərə xidmətləri şəxsi və iş məqsədləri üçün istifadə etmək hüququ verilir
- Proqram təminatının surətini çıxarmaq, dəyişdirmək, yaymaq və ya satışını etmək qadağandır
9. Hesabın Dayandrılması və Ləğvi
BirLab istənilən vaxt, aşağıdakı hallarda istifadəçi hesabını müvəqqəti və ya daimi olaraq dayandrıa bilər:
- Şərtlərin pozulması
- Qanunvericiliyə uyğun olmayan fəaliyyət
- Sistem təhlükəsizliyinə zərər verəcək hərəkətlər
10. Şərtlərin Dəyişdirilməsi
- BirLab bu Şərtləri istənilən vaxt yeniləyə bilər
- Yenilənmiş versiya platformada yayımlandığı andan qüvvəyə minir
- İstifadəçi platformadan yenidən istifadə etməklə yeni Şərtləri qəbul etmiş hesab olunur
11. Qanunvericilik və Mübahisələrin Həlli
- Bu Şərtlər Azərbaycan Respublikasının qanunlarına uyğun tənzimlənir
- Mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilməyə çalışılır
- Razılıq əldə edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll olunur
12. Əlaqə
Şərtlər və xidmətlərlə bağlı suallar üçün: