Məxfilik Siyasəti

Son yenilənmə: 01.12.2025
PDF Yüklə
1. Giriş

BirLab ("Biz", "Şirkət") müştərilərinə və tərəfdaşlarına BirVision platforması vasitəsilə mağaza içi əməliyyatları, müştəri davranışlarını və satış effektivliyini analiz etməyə imkan verir. Məxfilik və şəxsi məlumatların qorunması bizim üçün prioritetdir.

Bu Məxfilik Siyasəti BirVision sistemi tərəfindən toplanan məlumatların növlərini, onların necə istifadə olunduğunu, qorunduğunu və kimlərlə paylaşıla biləcəyini izah edir.

2. Topladığımız Məlumatlar
2.1. Video və Vizual Məlumatlar

BirVision mağazalarda quraşdırılmış kameralar vasitəsilə video görüntüləri toplaya bilər. Bu görüntülər yalnız aşağıdakı məqsədlərlə emal edilir:

  • Müştəri axınının analizi
  • Kassada növbə müddətinin ölçülməsi
  • Reyon ziyarətləri
  • Hərəkət və davranış nümunələri
  • Emosional analitika (üz ifadəsi kateqoriyası – emosiya səviyyəsi, lakin şəxs tanınmır)
  • Mağaza içi istilik xəritələri (heatmap)

Qeyd: BirVision üz tanıma və şəxs identifikasiyası etmir. Emosiyalar və jestlər yalnız kateqoriya səviyyəsində analiz olunur.

2.2. Texniki Məlumatlar
  • Kamera cihaz ID-si
  • Server və edge cihaz logları
  • Sistem performans məlumatları
  • API istifadə məlumatları
2.3. CRM və Satış Məlumatları (İnteqrasiya olduqda)

Əgər müştəri şirkət (supermarket və ya retail şəbəkəsi) BirVision sistemini CRM və kassaya inteqrasiya edirsə, aşağıdakı məlumatlar ötürülə bilər:

  • Alış tarixçəsi
  • Səbət məbləği
  • Məhsul kateqoriyaları
  • Loyallıq kartı ID-si (amma şəxs identifikasiyası olmadan)

BirVision heç vaxt loyallıq kartına bağlı ad, soyad, ünvan, telefon nömrəsi və digər şəxsi identifikasiya məlumatı toplamır və emal etmir.

3. Məlumatların Necə İstifadə Edildiyi

Toplanan məlumatlar yalnız aşağıdakı məqsədlərlə istifadə olunur:

  • Mağaza içi müştəri davranışı analizi
  • Kassada sıxlıq optimizasiyası
  • Reyon performans dəyərləndirilməsi
  • Marketinq kampaniyalarının effektivliyi
  • Personal planlaşdırılması
  • AI modellərinin təkmilləşdirilməsi
  • Dashboard və analitika panelinin göstərilməsi
4. Məlumatların Saxlanması
  • Kamera görüntüləri real vaxtda emal olunur
  • Video məlumatlar 24–72 saat saxlanılır və sonra avtomatik silinir
  • Analitik nəticələr anonim və aqreqə edilmiş formada saxlanır
  • Şəxs identifikasiya məlumatı saxlanılmır və üçüncü tərəflərə ötürülmür
5. Məlumatların Paylaşılması

BirVision məlumatları aşağıdakı hallarda paylaşa bilər:

  • Müştəri şirkət ilə – yalnız anonim analitika məlumatları
  • Hüquq-mühafizə orqanları ilə – qanun tələb edərsə
  • Texniki tərəfdaşlarla – yalnız texniki xidmət üçün

Məlumatlar heç vaxt reklam şirkətlərinə və ya üçüncü tərəf marketinq qurumlarına satılmır.

6. Təhlükəsizlik
  • End-to-end şifrələmə
  • Edge cihazlarda yerli emal
  • VPN və firewall qoruması
  • İkiqat autentifikasiya
  • ISO/IEC 27001 uyğunluq
7. İstifadəçinin Hüquqları
  • Məlumata çıxış tələb etmək
  • Emalın məhdudlaşdırılması
  • Məlumatların silinməsini tələb etmək
  • Məlumatların götürülməsi

Əlaqə üçün: privacy@birlab.ai

8. Uşaqların Məxfiliyi

BirVision uşaqlara yönəlmiş deyil. Uşaqlar yalnız anonim insan subyekti kimi emal olunur.

9. Siyasətin Yenilənməsi

Bu siyasət mütəmadi olaraq yenilənə bilər. Yenilənmiş versiya BirVision platformasında yayımlanır.

10. Əlaqə

🌐 www.birvision.com
📩 privacy@birvision.com